...

Seneqal sahillərində qayıq batdı - 23 miqrant öldü

Dünya xəbərləri Materials 29 Fevral 2024 12:12 (UTC +04:00)

Bakı. Trend:

Seneqalın şimalında miqrantları Avropaya daşıyan qayığın batması nəticəsində 23 nəfər ölüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, qanunsuz miqrantları daşıyan qayıq Sen-Lui şəhəri sahilləri yaxınlığında batıb.

Qəza zamanı qayıqda 280 nəfərin olduğu deyilir. Xilasedicilər hazırda sağ qalanların axtarışı ilə bağlı əməliyyat keçirir. Milli donanmanın gəmiləri də axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

Xəbər lenti

Xəbər lenti