...

Husilərin hücumuna məruz qalan Britaniya gəmisi Qırmızı dənizdə batdı

Dünya xəbərləri Materials 2 Mart 2024 16:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 19-da Yəməndəki husi üsyançılarının hücumuna məruz qalan Britaniyaya məxsus Rubymar gəmisi Qırmızı dənizdə batıb.

Trend xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin SABA dövlət agentliyi tərəfindən yayımlanan bəyanatında deyilir.

Zədələnmiş Rubymar gəmisindəki vəziyyəti izləyən böhran qrupu onun əlverişsiz hava şəraiti və dənizdə güclü külək səbəbindən dünən gecə batdığını bildirib.

Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana Beliz bayrağı ilə üzən Rubymar gəmisinə husilərin hücumu nəticəsində ciddi ziyan dəyib. Heyət təcili olaraq gəmini tərk etmək məcburiyyətində qalıb. Ehtimal edilirdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin köməyi ilə Rubymar yedəyə alınaraq Səudiyyə Ərəbistanının Ciddə limanına aparılacaq.

Xəbər lenti

Xəbər lenti