...

Vladimir Putin seçici səslərinin 87,31 faizini toplayıb

Dünya xəbərləri Materials 18 Mart 2024 12:23 (UTC +04:00)
Vladimir Putin seçici səslərinin 87,31 faizini toplayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada prezident seçkilərində səslərin 99,70 faizi hesablanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Son məlumata görə, ölkənin fəaliyyətdə olan prezidenti Vladimir Putin 87,31 faiz səslə irəlidədir. Digər namizədlər - Nikolay Xaritonov 4,30 faiz, Vladislav Davankov 3,83 faiz, Leonid Slutski 3,21 faiz səs toplayıblar.

Ölkə üzrə seçki fəallığı 74,22 faiz olub, elektron səsvermədə seçicilərin 94 faizi iştirak edib. Seçki prosesinə maneə yaradılması ilə bağlı 61 cinayət işi, 155 inzibati iş açılıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə xaricində 372 mindən çox vətəndaşın səs verdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti