...

Rusiya olmadan Ukrayna ilə bağlı danışıqlar mənasızdır - Peskov

Dünya xəbərləri Materials 11 Aprel 2024 17:22 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya olmadan Ukrayna ilə bağlı danışıqlar mənasızdır.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna sülh formulu üzrə İsveçrədə keçiriləcək sammitə münasibət bildirərkən deyib.

"Əvvəlcə söhbətin nədən, hansı sülh formulundan getdiyini anlamaq lazımdır. Biz dəfələrlə demişik ki, Rusiya olmadan danışıqlar prosesi mənasız və boşunadır", - o vurğulayıb.

Kreml nümayəndəsi Rusiyanın Ukrayna məsələsi ilə bağlı danışıqlar prosesinə açıq olduğunu əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti