...

Antalyada kanat qəzası: təxliyə edilənlərin sayı 98-ə çatıb

Dünya xəbərləri Materials 13 Aprel 2024 10:10 (UTC +04:00)
Antalyada kanat qəzası: təxliyə edilənlərin sayı 98-ə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazir qeyd edib ki, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.

Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici də cəlb olunub.

Qeyd edək ki, Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Konyaaltı rayonunda fəaliyyət göstərən Tünüktepe kanat yolunda sərnişin kabinələrindən biri naməlum səbəbdən dirəyə dəyərək parçalanıb və qayalıq əraziyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti