...

Qazaxıstan Astana-2024 beynəlxalq forumu ləğv edib

Dünya xəbərləri Materials 13 Aprel 2024 14:08 (UTC +04:00)
Qazaxıstan Astana-2024 beynəlxalq forumu ləğv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Güclü daşqınlar səbəbindən iyunda keçiriləcək Astana-2024 beynəlxalq forumunu ləğv etmək qərarına gəldim.

Trend xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

"Görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların aradan qaldırılması və ölkə vətəndaşlarına yardımın göstərilməsi üçün maliyyə resurslarına qənaət edilməsi zərurəti ilə əlaqədar iyunun 13-14-də keçiriləcək Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəldim”, - Tokayev "X"də yazıb.

Xatırladaq ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb. Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17 təyyarə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti