...

Ermənistan İstintaq Komitəsi Səhiyyə Nazirliyində axtarış aparıldığını bildirib

Dünya xəbərləri Materials 16 Aprel 2024 14:41 (UTC +04:00)
Ermənistan İstintaq Komitəsi Səhiyyə Nazirliyində axtarış aparıldığını bildirib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan Ermənistan Milli Təhlükəslik Xidməti və İstintaq Komitəsinin əməkdaşları tərəfindən ölkənin Səhiyyə Nazirliyində axtarış aparıldığını bildirib.

Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Mətbuat katibi axtarışların dövlət əleyhinə cinayətlər, konstitusiya quruluşunun əsaslarının dəyişdirilməsi və ictimai asayişin pozulması üzrə cinayət işi çərçivəsində Ermənistan Səhiyyə Nazirliyində və tibbi mərkəzlərdən birində aparıldığını bildirib.

Abramyan daha sonra əlavə məlumatın veriləcəyini qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti