...

ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsinə səs verəcək

Dünya xəbərləri Materials 21 Aprel 2024 08:41 (UTC +04:00)
ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsinə səs verəcək

Bakı. Trend:

Aprelin 23-də ABŞ Senatında müttəfiqlərə, o cümlədən Ukraynaya yardım, habelə Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qanun layihələri üzrə səsvermə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Konqresinin yuxarı palatasında demokrat çoxluğun lideri Çak Şumer açıqlama verib.

"Senat milli təhlükəsizlik üçün əlavə maliyyələşdirmə ilə bağlı lazımi addımı atmağa hazırdır və çərşənbə axşamı günü ilk səsvermə ilə bu işi başa çatdırmaq üçün razılığa gəlib", - deyə o, “X” sosial səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsi üçün müsadirə edilməsi haqqında qanun layihələrini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti