...

Bərpaolunan enerji sahəsində kadr qıtlığı müşahidə olunur

Dünya xəbərləri Materials 22 Aprel 2024 02:51 (UTC +04:00)
Bərpaolunan enerji sahəsində kadr qıtlığı müşahidə olunur

Bakı. Trend:

Dünyada sənaye sektorunda kadr qıtlığı ciddi problemə çevrilib. Lakin qlobal miqyasda istehsalat sahələri arasında ən böyük kadr böhranı bərpaolunan enerji sahəsində müşahidə olunur.

Trend-in məlumatına görə, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə 2030-cu ilədək bu sektorda 30 milyon işçi çalışacaq. Bütün Avropa ölkələrində bu sahə üzrə kadrlar hazırlansa da, vakant yer sayı məzunların sayını üstələyir. Bir çox ölkədə bu sektorda təhsil alanlar elə tələbə ikən işə götürülür.

Ən ciddi kadr tələbatı külək enerjisi mütəxəssislərinədir. Əvvəllər mühəndislik qadınların marağına çox səbəb olmasa da, bərpaolunan enerji sahəsində təhsil alan qızların sayı ilbəil artır.

Xəbər lenti

Xəbər lenti