...

Norveç rusiyalı turistlərə viza verməyəcək

Dünya xəbərləri Materials 23 May 2024 10:13 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Norveç Rusiya vətəndaşları üçün yeni məhdudiyyətlər müəyyən edib.

Trend xəbər verir ki, müvafiq qərar Norveç hökumətinin saytında dərc olunub.

Qərara əsasən, turizm və digər "birinci dərəcəli əhəmiyyət daşımayan" məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya vətəndaşlarına viza verilməyəcək.

Qeyd olunub ki, qohumlarını ziyarət etmək, yaxud işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyən Rusiya vətəndaşları üçün istisnalar edilə bilər.

Bildirilib ki, qərar mayın 29-dan qüvvəyə minəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti