Bakı. Trend:
ABŞ "Taliban"ı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanımağı planlaşdırmır.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin müşaviri Con Kirbi deyib.
"Biz Talibanı Əfqanıstanın rəsmi hakimiyyəti kimi tanımaq fikrində deyilik. Və əgər Rusiya belə bir tanınma ilə razılaşarsa, başqalarına yanlış siqnal göndərəcək", - deyə o brifinq zamanı bildirib.
Bu şəkildə C.Kirbi jurnalistin Vaşinqtonun Rusiyanın Talibanı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanıması ideyasına necə baxması ilə bağlı sualını cavablandırıb.
Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin deyib ki, hazırda Əfqanıstanda "Taliban" hərəkatı hakimiyyətdədir və onlarla münasibətlər reallıq əsasında qurulmalıdır.