...

Nyu-York məhkəməsinin Tramp barədə qərarına Kremldən REAKSİYA: Siyasi rəqiblər hər vasitə ilə aradan qaldırılır

Dünya xəbərləri Materials 31 May 2024 18:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-York məhkəməsinin ABŞ-nin keçmiş prezidenti Donald Tramp barədə qərarı ölkədə siyasi rəqiblərin hər vasitə ilə aradan qaldırıldığından xəbər verir.

Trend-in Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Tramp barədə hökmdən danışarkən demək olar ki, ABŞ-də siyasi rəqiblər faktiki olaraq bütün mümkün qanuni və qeyri-qanuni vasitələrlə aradan qaldırılır, bu, açıq-aşkardır", - Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı ittiham olunduğu dörd cinayət işindən birincisi - keçmiş porno aktrisası Stormi Denielsə ödənişlərlə əlaqədar sənədlərin saxtalaşdırılması - üzrə təqsirli bilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti