...

Makron Yeni Kaledoniyada seçki islahatları layihəsinin dayandırıldığını elan edib

Dünya xəbərləri Materials 12 İyun 2024 17:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatları layihəsinin dayandırıldığını elan edib.

Trend Fransa KİV-ə istinadən xəbər verir ki, Makron bu barədə jurnalistlərə deyib.

"Parlamentin hər iki palatası tərəfindən səs verilən konstitusional qanunu layihəsini dayandırmaq barədə qərar qəbul etdim, çünki biz bu zaman qeyri-müəyyənliyin hökm sürməsinə icazə verə bilmərik", - o deyib.

Qeyd edək ki, söhbət Yeni Kaledoniyada seçki qanunu layihəsindən gedir. Qanun layihəsi Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququnun verilməsini nəzərdə tuturdu. Qanun layihəsi Yeni Kaledoniyada kütləvi iğtişaşlara səbəb olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti