Bakı. Trend:
İraqın şimalındakı sığınacaqlarından qaçan PKK-nın iki terrorçusu təslim olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, terrorçular Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə təslim olublar.
Qeyd edilir ki, PKK-ya qarşı əməliyyatlar artan intensivlik və templə davam edir, təşkilatın parçalanması sürətlənir.