Bakı. Trend:
Yəmənin husi üsyançıları Ədən körfəzində bir yük gəmisini raketlərlə vurublar.
Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.
Qeyd olunub ki, Palau bayrağı altında üzən "M/V Verbena" yük gəmisi atəşə tutulub.
Amerika komandanlığından bildirilib ki, gəminin operatoru polşalı, sahibi isə ukraynalıdır. Gəmi tikinti materialları yükü ilə İtaliyaya gedirdi.