...

Hindistanda sərnişin və yük qatarları toqquşdu: ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 17 İyun 2024 11:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Nəticədə 5 sərnişin həlak olub, 20-25 nəfər yaralanıb.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır. Hadisənin başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti