...

ABŞ tezliklə İsrailə F-15-lər və digər silah satışı planlarını açıqlayacaq

Dünya xəbərləri Materials 18 İyun 2024 08:30 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası tezliklə İsrailə 18 milyard dollar dəyərində 50 ədəd F-15 qırıcı təyyarəsi də daxil olmaqla böyük silah satışı elan edəcək.

Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Ağ Evin təzyiqi altında İsrailə silah təhvil verilməsinə qarşı çıxan iki nüfuzlu Demokrat millət vəkili mövqelərini dəyişib. Beləliklə, sazişin Konqres tərəfindən əngəllənməsi ehtimalı azdır və ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İsrailə ən böyük silah satışlarından birinə çevriləcək.

Bildirilib ki, silahlar ABŞ-ın İsrailə verdiyi illik 3,3 milyard dollarlıq hərbi yardım hesabına ödəniləcək. “Politico” qəzetinin məlumatına əsasən, silah paketinə “hava-hava” tipli raketlər daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti