...

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başladı

Dünya xəbərləri Materials 23 İyun 2024 01:47 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror əməliyyatının başlanmasını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir "Azm-e-İstehkam" (Qətiyyət və sabitlik) əməliyyatına başlamaqla yenilənmiş və daha aktiv milli terrorla mübarizə kampaniyasını təsdiqləyib", - deyə məlumatda bildirilir.

Yeni əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək. Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək. Müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular "bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini" alacaqlar.

Xəbər lenti

Xəbər lenti