...

ABŞ Ukraynaya daha bir hərbi yardım tranşı ayıracaq

Dünya xəbərləri Materials 25 İyun 2024 01:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin çərşənbə axşamı Ukraynaya 150 milyon dollarlıq hərbi yardım tranşını elan edəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmilərinə istinadən bildirib.

Məlumata əsasən, söhbət xüsusilə HIMARS reaktiv yaylım atəş sistemləri üçün raketlərdən gedir.

Yardım paketinə tank əleyhinə silahlar, atıcı silahlar, qumbaraatanlar, 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxil edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti