...

Ermənistan İstintaq Komitəsi Xankəndinin keçmiş "mer"inə qarşı inzibati nəzarət tətbiq etməyi tələb edib

Dünya xəbərləri Materials 18 İyul 2024 15:43 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan İstintaq Komitəsi işğal illərində Azərbaycanın Xankəndi şəhərinin "mer"i olmuş David Sarkisyana qarşı inzibati nəzarət tətbiq etmək üçün məhkəməyə vəsatət göndərib.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Sarkisyanın vəkili Ruben Melikyan sosial şəbəkədə məlumat yayıb.

Melikyan məhkəmə iclasının tarixi barədə daha sonra açıqlama verəcəyini bildirib.

Xatırladaq ki, mayın 25-də Ermənistanın hüquq-mühafizə orqanları David Sarkisyanın evində axtarış aparıb. Mayın 27-də David Sarkisyan 20 sutka müddətinə həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti