...

Baydenin COVID-19 simptomları demək olar ki, tamamilə yox olub

Dünya xəbərləri Materials 23 İyul 2024 01:15 (UTC +04:00)

Bakı. Trend:

Daha əvvəl koronavirus COVID-19-a yoluxan ABŞ prezidenti Co Bayden xəstəliyin simptomlarından demək olar ki, tamamilə sağalıb və işini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytında bildirilib.

"Prezident Bayden bu səhər "PAXLOVID" dərmanının onuncu dozasını qəbul etdi. Onun simptomları demək olar ki, tamamilə yox olub", - deyə dövlət başçısının şəxsi həkimi, doktor Kevin O'Konnorun bəyanatında qeyd olunub.

Onun bütün həyati əlamətlərinin normal olduğu, C.Baydenin ağciyərlərinin qaydasında olduğu qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti