Bakı. Trend:
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata başlayıb.
Trend xəbər verir ki, siyahıya Fransa, Belçika, Macarıstan, Polşa, Slovakiya, Malta və Rumıniya daxildir.
Şuradan bildirilib ki, sözügedən ölkələrin büdcə kəsiri 2023-cü ildə ümumi daxili məhsulun 3 faizini ötüb ki, bu da Sabitlik paktına ziddir. Sözügedən ölkələrin hökumətləri kəsiri aradan qaldırmaq üçün səmərəli tədbirlər görməyib.