Bakı. Trend:
Colan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Trend xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.
“Raket 12 uşaq və yeniyetmənin ölümünə səbəb olub”, - deyə Haqari bildirib.
Qeyd edək ki, İsrail hökuməti hücum səbəbilə Livan və “Hizbullah”ı günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.
Öz növbəsində isə “Hizbullah” hadisə ilə əlaqəsini inkar edir.