Bakı. Trend:
Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıblar.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, hərbi baza Türkiyə ilə sərhəddə “Əyn Əl Ərəb” adlanan bölgədə yaradılıb.
Analitiklərin fikrincə, PKK-nın “Kobani” adlandırdığı bu ərazidə hərbi baza yaradılması bölgədəki sabitliyə töhfə verir və Türkiyənin təhlükəsizliyinə doğru atılmış əhəmiyyəli addım hesab edilə bilər.