...

ABŞ, Britaniya və Almaniyanın İsraildəki səfirləri Qəzzada tezliklə atəşkəsə çağırıblar

Dünya xəbərləri Materials 15 Avqust 2024 07:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, Böyük Britaniya və Almaniyanın İsraildəki səfirləri Təl-Əvivdə keçirdiyi mətbuat konfransında Qəzza zolağında atəşkəs sazişinin tezliklə bağlanmasına çağırıblar.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.

Məlumata əsasən, onlar bunun üçün artıq imkanların olmaya biləcəyi barədə xəbərdarlıq ediblər.

"Sabah Dohada keçiriləcək görüş son dərəcə əhəmiyyətlidir. Onun problemin həllinə gətirib çıxarması vacibdir. Girovları ailələrinə qovuşdurmaq və sabit vəziyyətə yol tapmaq üçün nə qədər imkanlarımız olacağını bilmirik", - deyə ABŞ səfiri Cek Lyu bildirib.

Britaniya səfiri Saymon Uolters bildirib ki, rəsmi London girovların azad edilməsi üçün razılaşma əldə etmək səylərini alqışlayır.

Almaniya səfiri Şteffan Zaybert bu həftənin girovların taleyi üçün "potensial həlledici" olduğunu söylədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti