...

Fransada xırdabuynuzlu heyvanlarda kataral isitmə epidemiyası aşkarlanıb

Dünya xəbərləri Materials 17 Avqust 2024 18:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropada xırdabuynuzlu heyvanlarda infeksion kataral isitməyə yeni yoluxma halları aşkarlanıb.

Trend xarici kİV-lərə istinadən xəbər verir ki, Fransanın Tyonvil şəhəri yaxınlığında xəstəliyin iki yeni ocağı aşkarlanıb və bir neçə gün ərzində yoluxmanın altı yeni ocağı meydana gəlib.

Məlumata görə, Tyonvil oxşar halların aşkarlandığı Lüksemburq və Almaniya sərhədlərindən təxminən 20 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, bu xəstəlik ölümcüldür. Əsasən, həşəratlar və kiçik milçəklər vasitəsilə gövşəyən heyvandan digər heyvanlara ötürülür, lakin insanlara keçmir.

Kataral isitmə xəstəliyi 2023-cü ildə Niderlandda başlayıb və sürətlə yayılıb. “Göy dil xəstəliyi” adlanan bu xəstəlik xırda və iribuynuzlu heyvanlarda müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti