Bakı. Trend:
ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın dövlət borcunu azaldacağına söz verib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Pensilvaniyada keçirilən mitinq zamanı deyib.
"Ölkəmizin borcunu ödəməyə hazırlaşırıq. Ölkənin 35 trilyon dollar borcu var, lakin bu rəqəmi tez bir zamanda azaltmaq olar", - deyə o bildirib.
İyulun 29-da ABŞ Maliyyə Nazirliyi ölkənin dövlət borcunun tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçdiyini açıqlayıb. ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, 2034-cü ildə dövlət borcu 50 trilyon dolları keçəcək ki, bu da ÜDM-in 122%-dən çoxunu təşkil edəcək.