...

Tramp kiçik Kennediyə administrasiyasında vəzifə təklif etməyə hazırdır

Dünya xəbərləri Materials 21 Avqust 2024 02:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti siyasətçini “ağıllı adam” adlandırıb və əlavə edib ki, onun dəstəyinə şad olacaq.

Trend-in məlumatına görə, Amerikanın keçmiş lideri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, noyabrda qalib gəlsə, prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən kiçik Robert Kennedini öz administrasiyasında görmək istərdi.

"O, gözəl insandır. O, çox ağıllı insandır. Biz bir-birimizi çoxdan tanıyırıq. Onun ayrılmaq barədə düşündüyünü bilmirdim, amma belə olsa, Kennediyə administrasiyamda bir vəzifə təklif etməyə açıq olardım”, - Tramp CNN telekanalına müsahibəsində deyib.

Respublikaçı həmçinin Kennedidən “dəstək almaqdan şad olacağını” söylədi. "Onu çox bəyənirəm. Ona çox hörmət edirəm. Onun dəstəyini almaqdan şərəf duyardım", - Tramp deyib.

Bundan əvvəl “The Washington Post” yazıb ki, kiçik Kennedi prezident seçkilərində qalib gələrsə, Amerika administrasiyasında vəzifə tutmaq ümidi ilə hazırkı vitse-prezident Kamala Harrislə görüşmək istəyib. Nəşrin yazdığına görə, Harris və onun məsləhətçiləri “görüş tələbinə cavab vermədilər və onun təşəbbüsünə maraq göstərmədilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti