Bakı. Trend:
Almaniya ordusu naməlum şəxslərin əraziyə soxulması cəhdləri səbəbindən hərbi kazarmalarda təhlükəsizliyi artırıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“Kazarmalara qurğuları hasarlarını diqqətlə yoxlamaq və boşluqların olub-olmaması və xüsusilə gecə saatlarında onlara ciddi nəzarət etmək əmri verilib. Komandirlər həmçinin əsgərlərinə təhlükəsizlik zonalarında icazəsiz şəxslərə qarşı ayıq-sayıq olmağı və hər hansı şübhəli hadisə barədə dərhal məlumat verməyi tövsiyə ediblər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə Köln-Vandakı Hərbi Hava Qüvvələri kazarmasının texniki işçisi su nasos stansiyasının yaxınlığında naməlum şəxs görüb. Bu fakt sudan zəhərlənmə ehtimalı ilə bağlı şübhələri artırıb.
