...

Nigerdə leysan yağışları 300-ə yaxın insanın həyatına son qoyub

Dünya xəbərləri Materials 6 Sentyabr 2024 17:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Afrika ölkəsi Nigerdə ​​leysan yağışların səbəb olduğu daşqınlarda 273 nəfər həyatını itirib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, 273 nəfər ölüb təxminən 95 min ailə daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Təbii fəlakət təsərrüfat heyvanlarının tələf olmasına, məktəblərə, səhiyyə ocaqlarına və mağazalara isə ciddi ziyana səbəb olub.

Qeyd edək ki, ölkənin cənub-qərbindəki Tahoua və Maradi bölgələri daşqınlardan ən çox zərər çəkmiş ərazilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti