...

İsrailin Suriyaya endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həlak olub

Dünya xəbərləri Materials 9 Sentyabr 2024 04:25 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Həma əyalətindəki hədəflərə endirdiyi hava zərbələri nəticəsində azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə əyalət səhiyyə departamentinin rəhbəri Maher Yunes Şam FM radiostansiyasına bildirib. “Qurbanların çoxu Masyaf şəhərindəndir, dördü aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha üç xəstənin vəziyyəti ağırdır.", - deyə Yunes bildirib.

İsrail təyyarələri Livanın hava məkanından və Aralıq dənizindən Suriyanın mərkəzinə raket zərbələri endirib. Vadi əl-Uyun, Masyaf və Səlamiyyədə yer hədəflərinə ümumilikdə 15 hava zərbəsi endirilib. Həmanın inzibati mərkəzi yaxınlığında hərbi sənaye zavodlarına hücumlar həyata keçirilib.

Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail düşməninin aqressiv hücumunu dəf edib. Raketlərin bəziləri hədəflərə çatmamış vurulub. Ölənlərin hamısı mülki şəxslərdir.

Xəbər lenti

Xəbər lenti