...

Bayden respublikaçıların hökumətin müvəqqəti maliyyələşdirilməsi təklifinə veto qoyacaq

Dünya xəbərləri Materials 10 Sentyabr 2024 04:57 (UTC +04:00)
Bayden respublikaçıların hökumətin müvəqqəti maliyyələşdirilməsi təklifinə veto qoyacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasında respublikaçıların hökumətin müvəqqəti maliyyələşdirilməsi təklifinə veto qoyacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Nümayəndələr Palatasının spikeri, Respublikaçı Mayk Conson tərəfindən irəli sürülən təklif dövlət qurumlarını maliyyələşdirmək üçün kifayət etməyəcək və "bir neçə ən vacib dövlət xidmətlərinin fəaliyyətində ciddi fasilələrə" səbəb ola bilər.

Ağ Ev hesab edib ki, respublikaçıların planı "milli təhlükəsizlik məsələlərində xüsusilə məsuliyyətsizdir". Prezident administrasiyasından bildiriblər ki, onun qəbul edilməsi ABŞ-ın Çin üzərindəki hərbi üstünlüyünü sarsıdacaq, “döyüş hazırlığını azaldacaq və qoşunlarımıza layiq olduğu dəstəyi verə bilməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti