...

ABŞ Nigerdə yerləşən qoşunlarını ölkədən çıxarma prosesini tamamlayıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 06:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Nigerdəki qoşunlarını, Afrika ölkəsinin hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq, vaxtında geri çəkmə prosesini tamamlayıb.

Trend-in verdiyi məlumata görə, bu barədə ABŞ-nin Afrika Komandanlığı (AFRICOM) bəyanat yayıb.

Bəyanatda qeyd olunur: "ABŞ Müdafiə Nazirliyi və Niger Respublikasının Milli Müdafiə Departamenti ABŞ qüvvələrinin və texnikasının Nigerdən çıxarılmasının başa çatdığını elan edir."

Həmçinin bildirilir ki, ABŞ hərbi kontingentinin çıxarılması heç bir problem olmadan həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti