...

İsrail Hizbullah raket bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Dünya xəbərləri Materials 28 Sentyabr 2024 04:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri, şiə təşkilatı "Hizbullah"ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və onun müavini Hüseyn Əhməd İsmayılı öldürüb.

Trend xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

“İsrail Hərbi Hava Qüvvələri, Livanın cənubundakı “Hizbullah” raket bölməsinin komandiri, terrorçu Məhəmməd Əli İsmayıl və onun müavini, terrorçu Hüseyn Əhməd İsmayılı vuraraq öldürüb. Onlarla yanaşı, Hizbullahın digər komandirləri və yaraqlıları da öldürülüb", - məlumatda deyilir.

"Terrorçu Məhəmməd Əli İsmayıl çərşənbə günü İsrail ərazisinə raketlərin atılması və İsrail mərkəzinə yer-yer raketinin buraxılması da daxil olmaqla, İsrailə qarşı bir sıra terror hücumlarının planlaşdırılmasında məsuliyyət daşıyıb", - mətbuat xidməti əlavə edib.

Xəbər lenti

Xəbər lenti