Bakı. Trend:
ABŞ-ın Oklahoma Siti şəhərində atışma olub.
Trend xəbər verir ki, atışma nəticəsində azı 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Hadisə şəhərin ictimai mərkəzində ziyafət zamanı baş verib.
Şübhəlilərin şəxsiyyəti məlum deyil, lakin polis bir neçə nəfərin saxlanıldığını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.