Bakı. Trend:
Türkiyədə "Kuyu-34" və "Kuyu-35" əməliyyatları nəticəsində 6 mütəşəkkil cinayətkar dəstə çökdürülüb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
O, "Kuyu-34" və "Kuyu-35" əməliyyatları nəticəsində 6 mütəşəkkil cinayətkar dəstənin çökdürüldüyünü elan edib.
Əməliyyatlar nəticəsində saxlanılan 115 şübhəlidən 91-i həbs olunub, 24-ü isə məhkəmə nəzarətinə verilib, çox sayda silah və rəqəmsal materiallar ələ keçirilib.
"Təşkilatlanmış cinayətkar qruplar və dəstələr qazdıqları quyulara düşməyə davam edirlər. Xalqımız bizə güvənir, inanır. Bizim mübarizəmiz onların duaları və dəstəkləri ilə davam edir. Hansı miqyasda olursa-olsun, mütəşəkkil cinayətkar dəstələri çökdürməyə davam edəcəyik”, - A.Yerlikaya bildirib.