...

İran Çinlə qarşılıqlı münasibətləri daha da möhkəmləndirmək niyyətindədir (FOTO)

Dünya xəbərləri Materials 23 Oktyabr 2024 23:31 (UTC +04:00)
İran Çinlə qarşılıqlı münasibətləri daha da möhkəmləndirmək niyyətindədir (FOTO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Çinlə Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasında müəyyən zaman çərçivəsində münasibətləri qarşılıqlı şəkildə möhkəmləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian 23 oktyabrda Rusiyanın Kazan şəhərində keçirilən BRICS-ə üzv dövlətlərin dövlət başçılarının sammitinin kənarında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdə deyib.

Onun sözlərinə görə, Çin İranın dostu və ən önəmli ticarət şərikidir. İran Çinlə əlaqələrin inkişafı qarşısında ehtimal olunan maneələrin aradan qaldırılması və əməkdaşlığın yüksəldilməsinə çalışır.

Görüşdə Çin Xalq Respublikasının sədri Si Cinpin də ölkəsinin İranla əlaqələrin genişləndirilməsinə hazır olduğunu bildirib.
“İranla münasibətlər Çin üçün dəyərlidir. Çin iki ölkə arasında müştərək mənafeyi qorumağa hazırdır. İran və Çin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və hərbi sahələrdə səmərəli əməkdaşlıq edə bilərlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti