...

Xüsusi təyinatlılar Tbilisidə etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Dekabr 2024 07:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisidə keçirilən etiraz aksiyalarında xüsusi təyinatlı qüvvələr Rustaveli prospektində toplaşan etirazçıları sıxışdıraraq onları ərazidən uzaqlaşdırıb, bir neçə nəfər saxlanılıb.

Trend-in məlumatına görə, təhlükəsizlik qüvvələrinin kordonu gecə boyu Rustaveli prospektinin ortasında möhkəmlənib və etirazçıların parlamentin qarşısına qayıtmasına mane olub. Gecə yarısına yaxın polis etirazçıları ərazidən çıxarıb. Səhər saatlarında isə etirazçılar, Rustaveli metrostansiyasına doğru itələnib. Təhlükəsizlik qüvvələri, metronun yaxınlığında ikinci bir kordon quraraq, orada qalan etirazçıları da tədricən arxasınca aparıb.

Etirazçılar metroya tərəf keçmək istədikdə, təhlükəsizlik qüvvələri onları təqib edərək bir neçə nəfəri saxlayıblar.

xxx

02:35

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası qarşısındakı meydanı təmizləməyə başlayıb.

Trend-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi texnika Azadlıq meydanından, parlament binasından bir qədər aralıda, həmçinin 9 Aprel küçəsindən etirazçılara doğru hərəkət ediblər.

Hazırda hüquq-mühafizə orqanları ilə etirazçılar arasında birbaşa qarşıdurma baş verməyib. Nümayişçilər sakitcə geri çəkilərək, Rustaveli prospekti ilə yuxarı doğru irəliləyirlər.

Xəbər lenti

Xəbər lenti