Bakı. Trend:
Filippində Kanlaon vulkanının püskürməsindən sonra 45 mindən çox insan təxliyə olunub.
Trend xəbər verir ki, bu barədə Filippin xəbər agentliyi (PNA) məlumat yayıb.
Bildirilib ki, hökumət vulkandan 6 kilometrlik təhlükə zonasında olan təxminən 84 min kənd sakinini təxliyə etməyi hədəfləyir.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu yeni püskürmələrin baş verə biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Xatırladaq ki, ölkənin ən aktiv 24 vulkanından biri olan Kanlaon sonuncu dəfə iyun ayında püskürüb.