Bakı. Trend:
Böyük Britaniyanın kimya sənayesi yoxa çıxmaq astanasındadır.
Trend “Times” nəşrinə istinadən xəbər verir ki, bunu “İneos” kimya şirkətinin rəhbəri Cim Retkliff bildirib.
Onun sözlərinə görə, buna səbəb yanacaq daşıyıcılarının qiymətlərinin və karbon tullantılarına tətbiq olunan vergilərin yüksək olmasıdır. Nəticədə Britaniyanın sintetik etanol istehsal edən sonuncu zavodu bu yaxınlarda məsrəflərin gəlirləri üstələməsinə görə fəaliyyətini dayandırıb.
Hazırda Böyük Britaniya dərman preparatlarından tutmuş, boyalara və kosmetik vasitələrə qədər geniş çeşid məhsulların istehsalında istifadə olunan sintetik etanolun idxalından tamamilə asılı vəziyyətdə qalıb.
Bundan əvvəl Böyük Britaniya iqtisadiyyatının 2020-ci ilin baharından bəri ilk dəfə olaraq ÜDM-nin davamlı şəkildə aşağı düşməsi ilə üzləşib.