Bakı.Trend:
ABŞ müdafi naziri Loyd Ostin federal hökuməti büdcədən müdafiə xərclərinə ayrılan vəsaiti artırmağa çağıran rəsmi məktubla müraciət edib.
Trend “Bloomberg”ə istinadən xəbər verir ki, Pentaqon rəhbəri 2028-ci ilin maliyyə ilinə kimi hərbi büdcənin 1 trilyon ABŞ dollarını üstələməsini istəyir.
“Ostin məktubda inzibati-büdcə idarəsinə, seçilmiş prezident Donald Trampın administrasiyasına müdafiə quruculuğu ilə bağlı beş illik planın çatdırılmasını tövsiyə edib. Həmin plana əsasən, 2026-cı ildə müdafiəyə 926.5 milyard dollar ayrılmalıdır, hərçənd bu məbləğin 876.8 milyard dollar olması proqnozlaşdırılırdı”, - o qeyd edib.
Pentaqon rəhbərinin sözlərinə görə, plana əsasən, 2027-ci ilin maliyyə ilinə büdcədən müdafiə xərclərinə 972.8 milyard dolların, 2028-ci ilə isə 1 trilyon dollardan çox vəsaitin ayrılması təklif olunur.
Ostin onu da qeyd edir ki, Pentaqonun maliyyələşməsinə Ukrayna və İsrailə ayrılan hərbi yardım daxil edilməməlidir. Müdafiə nazirinin sözlərinə görə, xarici hərbi yardımlar əlava ayırımlar hesabında maliyyələşməlidir.