Bakı. Trend:
Fələstinin “İzəddin əl-Qəssam” hərbi qruplaşmasının rəhbəri Məhəmməd Sinvər Qəzza bölgəsində HƏMAS-ın yeni lideri elan edilib.
Trend xəbər verir ki, bu barədə “Wall Street Journal” yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Məhəmməd Sinvər – 2024-cü ilin oktyabr ayında həlak olmuş HƏMAS lideri Yəhya Sinvərin kiçik qardaşıdır.
Qeyd edək ki, Yəhya Sinvər avqustda HƏMAS-ın rəhbəri olmuşdu. Onun sələfi, uzun illər hərəkatın üzvü olmuş İsmayıl Haniyə Tehranda raket zərbəsi nəticəsində ölmüşdü.