...

Muğla Milas Bodrum hava limanında sərnişindaşıma 4 milyon nəfəri keçib

Dünya xəbərləri Materials 13 Yanvar 2025 13:18 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin dekabr ayında Türkiyənin Muğla Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 4 milyon 375 min 662 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 2 milyon 427 min 891 nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 1 milyon 947 min 771 nəfər təşkil edib.

2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 46 min 206 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 20 min 239 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 25 min 967 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 8 faiz artaraq, 45 min 21 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq, 24 min 234, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 17 min 787 olub.

2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti