Bakı.Trend:
Cənubi Koreyanın prezidenti Yun Sok Yol yanvarın 16-na keçən gecəni istintaq təcridxanasının şübhəli şəxslər üçün nəzərdə tutulan 10 metrlik kamerada keçirib.
Trend xəbər verir ki, bu haqda MBC telekanalı məlumat yayıb.
Barəsində çıxaırlmış həbs-qətimkan qərarının uzadılması gözlənilən Yun Sok Yol istintaq təcridxanasına yanvarın 15-də 22:00-da gətirilib.
Məlumata əsasən, prezident digər şübhəlilərdən ayrıca saxlanıldığından, o faktiki olaraq birnəfərlik kamerada olub. Kamera yazı masası, ayrıca sanitar qovşaq, yataq ləvazimatları və televizorla təchiz olunub.
Qeyd edək ki, qiyam işi ilə əlaqədar barəsindən həbs orderi verilmiş prezident bu həftə saxlanılaraq Korrupsiyaya qarşı İstintaq İdarəsinə gətirilib. O, qan axıdılmasının qarşısını almaq üçün könüllü olaraq təslim olduğunu bildirib.