Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası “TikTok” sosial şəbəkəsini ölkədə saxlamağın yolunu tapmağa çalışır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Trampın gələcək administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
“TikTok” fantastik platformadır. Mən onun telefonumda olmasını çox istərdim. Alqoritm heyrətamizdir. Biz bunu qorumaq üçün bir yol tapacağıq”, - Uolts qeyd edib.