Bakı. Trend:
Almaniya Bundesliqasının 18-ci turuna “Ayntraxt Frankfurt” və “Borussiya Dortmund” arasındakı qarşılaşma ilə start verilib.
Trend xəbər verir ki, Frankfurt təmsilçisi meydanında Dortmund komandasını 2:0 hesabı ilə məğlub edib. Bu, “Ayntraxt Frankfurt”un ardıcıl üçüncü qələbəsi, “Borussiya Dortmund”un isə ardıcıl üçüncü məğlubiyyəti olub.
Qələbə sayəsində “Ayntraxt Frankfurt” xallarını 36-ya yüksəldərək üçüncü pillədəki mövqeyini möhkəmləndirib. Komanda hazırda ikinci sırada olan “Bayer Leverkuzen”dən 2 xal geridədir və dördüncü yerdəki “Leyptsiq”dən 6 xal öndədir.
“Borussiya Dortmund” isə 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Onu izləyən “Borussiya Münxenqladbax” isə 24 xalla 11-ci yerdədir.