Bakı. Trend:
İstintaq təcridxanasında saxlanılan Cənubi Koreya lideri Yun Sok Yol bu gün Seulun Qərb dairəsinin məhkəməsinə çıxarılıb.
Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
İclas yerli vaxtla 14:00-a başlayıb. Agentliyin məlumatına əsasən, Yun Sok Yol binaya Ədliyyə Nazirliyinin mikroavtobusunda 13.54-də gətirilib. Keçmiş prezidentlərlə bağlı analoji məhkəmə proseslərinə əsasən, agentlik ilkin məhkəmə iclasının gecə saatlarına kimi davam edəcəyini proqnozlaşdırır.
Yol yanvarın 15-də saxlanılıb və yerli qanunvericiliyə görə o, 48 saatdan artıq saxlanıla bilməz. Həmin müddət ərzində hüquq-mühafizə orqanları, həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmədə vəsatət qaldırmalıdırlar. Amma yanvarın 16-da prezidentin hüquqlarını müdafiə edən komanda saxlanılmanın qanuniliyini uğursuz şəkildə mübahisələndirdiyindən, prezidentin müvəqqəti saxlanılma müddəti 10 saatdan çox uzadılmışdı.
Bu arada Yolun minlərlə tərəfdarı Seulda məhkəmə önünə toplaşıb və onun azad edilməsini tələb edir. Qeyd edək ki, Yunn Suk Yol dekabrın 3-də hərbi vəziyyət elan etməsi ilə əlaqədar potensial qiyamda ittiham olunur.