Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı İsraillə Qəzza zolağında atəşkəs haqqında razılaşma çərçivəsində yanvarın 19-da üç israilli girovu azad etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Al Araby" televiziya kanalı xəbər verib.
Məlumata əsasən,Qəzza zolağından azad edilməsi planlaşdırılan 3 qadının adı yaxın saatlarda açıqlanacaq.
Razılaşmaya əsasən, üç girovun azad edilməsi müqabilində İsrail 95 fələstinli məhbusu həbsdən azad edəcək.