Bakı.
İfrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kikl əcnəbilərə veriləcək sığınacaq sayını sıfıra endirmək istəyir.
Trend-in məlumatına görə, siyasətçi bu barədə kütlə qarşısında çıxışında bildirib. Hazırda mühafizəkarlarla danışıq aparan partiya rəhbərinin kansler olmaq ehtimalı çoxdur.
“Sığınacaq müraciətlərinin rəddi, deportasiya və çarter reysləri sayəsində biz Avstriyamızı qalaya çevrə bilərik. Bizim nəzərimizdə sığınacaq heç də xalqların gizli miqrasiyası, sosial sistemdən faydalanma və vətəndaşlıq əldə etmək üçün bilet anlamına gəlmir” – deyə ifrat sağçı lider kütləyə müraciətində bildirib.
Partiya lideri bildirib ki, 2024-cü ildə çox sayda sığınacaq müraciətinə müsbət cavab verilib. İndi isə bu rəqəmi sıfıra endirmək lazımdır.