...

ABŞ Prezidenti Co Bayden 5 nəfəri əfv edib

Dünya xəbərləri Materials 19 Yanvar 2025 22:28 (UTC +04:00)
ABŞ Prezidenti Co Bayden 5 nəfəri əfv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden səlahiyyət müddətinin sonuna yaxın beş nəfəri, o cümlədən 85 il əvvəl vəfat etmiş hüquq müdafiəçisi Marcus Garvey-ni əfv edib.

Trend Ağ Evin bəyanatına istinadən xəbər verir ki, Bayden Marcus Garvey-ni ölümündən sonra əfv edərək, ABŞ-nin "onun təsirini və hüquq mübarizəsini yüksək qiymətləndirdiyini" və 1923-cü ildəki “ədalətsiz məhkumluğuna” diqqət çəkdiyini bildirib. Garvey poçt fırıldaqçılığı ittihamı ilə beş il həbs cəzasına məhkum edilmişdi.

Bəyanatda həmçinin qeyd olunub ki, Bayden silah zorakılığına qarşı mübarizə üzrə hüquq müdafiəçisi Darryl Chambers-i də əfv edib. O, 1998-ci ildə qeyri-zorakı narkotik cinayətinə görə 17 il həbs cəzası almışdı.

Əfv olunanlar arasında mühacir hüquqları üzrə müdafiəçi Ravidat Raqbir, eləcə də iki vəkil Don Scott və Kemba Pradhia da yer alıb.

Bundan əlavə, Bayden 111 il həbs cəzası çəkən bir nəfərin və ömürlük həbs cəzasına məhkum edilmiş bir qadının cəzalarını yüngülləşdirib. Hər iki şəxs fevral ayında azadlığa çıxacaq.

Xəbər lenti

Xəbər lenti